Kür çayının yatağından küp qəbir tapıldı – FOTO

Neftçalada Kür çayının yatağından küp qəbir tapılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, tapıntını Neftçala rayonunun Cəngən kənd orta məktəbinin tarix müəllimi Şəhrəbanu Ağalarova aşkar edib.

Belə ki, o, yaşadığı ərazidə, Kür çayının yatağından yaşı eramızdan 2800-2500 il əvvələ aid edilən küp qəbir tapıb.

Onun sözlərinə görə, o, küp qəbir haqqında yerli balıqçılardan eşidib:

“Balıqçılar deyir ki, bu ərazilərdə çay yatağı boyunca küp qəbirlər çoxdur. Bunların içərisində uşağa aid küp qəbir də var”.

Hazırda o, qalıqları dərs dediyi fənn kabinetində saxlayır.