!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kürd köçünə hazırlıq İsrailin uğursuz avantürasıdır” – Politoloq

!Reklam – Yazi

Şimali İraq kürdlərinin “müstəqillik” referendumundan sonra İsraildə yaşayan 200 min kürd əsilli yəhudinin İraq və Suriyaya köçürülməsi planı üzə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə material Şimali İraqda yayımlanan İsrail-Kürd jurnalında dərc olunub.

Materialda qeyd olunub ki, Şimali İraqdakı kürd muxtariyyatının lideri Məsud Bərzani İsraildə yaşayan kürd əsilli 200 min yəhudini bölgəyə gətirməyi planlaşdırır.

Bu məsələyə münasibət bildirən əksər təhlilçilər belə düşünürlər ki, 200 min kürd əsilli yəhudinin İraq və Şimali İraqa köçürülməsi planının arxasında “müstəqil Kürdüstan” vasitəsilə regionda mövqelərini gücləndirməyə çalışan İsrail dayanır.

Bu planın həyata keçirilməsinin mümkünlüyü ehtimalını Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynlinin fikrincə, nəinki 200 min kürdün İsraildən İraq və Suriyaya köçürülməsi, eyni zamanda kürdlərin müstəqillik referendumunun baş tutması da ciddi sual altındadır:

“Ümumiyyətlə, müstəqil Kürdüstan ideyasının ortaya atılmasında və şişirdilməsində ən qızışdırıcı və təhrikedici rolu məhz İsrail oynayır.

Qabil Hüseynli

O baxımdan, haqqında danışılan 200 min kürdün İraq və Suriyaya köçürülməsinə hazırlıq da İsrailin növbəti uğursuz avantürasıdır.

Bildiyiniz kimi, İraq kürdlərinin müstəqillik referendumunu açıq şəkildə dəstəkləyən ölkə İsraildir. Hətta yəhudilər kürdlərin müstəqilliyini dəstəkləməsi üçün ABŞ-a ciddi təzyiq göstərirlər.

Bununla belə, proseslərin gedişatı göstərir ki, nəinki 200 min kürdün İsraildən İraq və Suriyaya köçürülməsi, hətta kürdlərin müstəqillik referendumunun baş tutması da ciddi sual altındadır.

İraq parlamenti həmin referendumu qanunsuz elan etməklə, bu təşəbbüsün legitimliyini aradan qaldırıb. Eyni zamanda, Türkiyə ilə İranın kürdlərin referendum cəhdinə qəti etirazları və bu məsələdə əməkdaşlığı genişləndirmələri olduqca ciddi məsələdir.

Ona görə də zənnimcə, referendumun təyin edildiyi tarixə qədər baş verə biləcək müəyyən ciddi hadisələr prosesi tam əksinə çevirə bilər”.

A.Zeynalov

www.yenicag.az

1219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv