!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürd lider: “PKK-nı dəstəkləyən İrandır” – Şok etiraf

!Reklam – Yazi

6926Suriya Kürd Mütərəqqi Demokrat Partiyasının lideri Əhməd Qasım sensasion açıqlama ilə çıxış edib.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Əhməd Qsım İranın PKK-nı dəstəkləyərək Türkiyəni qarışdırmağı planlaşdırdığını deyib.

Suriyanın şimalında baş verən prosesləri dəyərləndirən Əhməd Qasım PKK-nın İrandan dəstək aldığını bildirib.

“PKK özünə havadar tapmaq məcburiyyətindədir. Kim ola bilər bu havadar? Təbii ki, İran. İranlılar və türklərin qarşıdurması qədim bir tarixə əsaslanır. İran Türkiyəyə qarşı düşmən münasibətə görə, PKK-ya dəstək verir.”

Əhməd QAsımın dediyinə görə, Türkiyəyə qarşı konjonktürel olaraq PKK-nı dəstəkləyən İran, adı çəkilən terror təşkilatının Suriya qolu YPG-yə hər cür maddi, silah-sursat köməkliyi edir.

“İran da PKK kimi Türkiyənin “təhlükəsiz bölgəyə” planına qarşı çıxır. Bu səbəbdən də PKK-ya var gücü ilə yatdım edir.”

Qeyd edək ki, Türkiyənin Şimali İraqdakı PKK mövqelərini bombalamasına ilk olaraq İran qarşı çıxmışdı. Bundan əlavə bombalanan ərazilərdəki PKK liderlərinin İrana qaçması haqda da məlumatlar yayılıb. İki gün öncə isə İran xarici işlər nazirliyi Türkiyənin Suriya ilə sərhəddə “təhlükəsiz bölgə” yaratmaq iddiasına qarşı çıxmışdı.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv