Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Kürd liderinin “müstəqillik bazarlığı”: Bərzani Bağdad rejiminə şərt qoydu

İraqdakı kürd muxtariyyatının Müzakirə Heyəti bölgənin müstəqilliyinə dair referendumun ləğvini tələb edən mərkəzi hökumət qarşısında bir sıra şərtlər irəli sürüb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqdakı kürd muxtariyyatının rəhbəri Məsud Bərzaniyə yaxın nəşrlər sentyabrın 25-nə təyin edilmiş referendumun təxirə salınması üçün irəli sürülmüş şərtləri açıqlayıb:

– Kürdüstan bölgəsi üçün nəzərdə tutulan büdcənin göndərilməsi;

– Konstitusiyanın 140-cı maddəsinin tətbiqi;

– Kürdlərin İraq hökumətində təmsilçilik kvotasının bərpa edilməsi;

– İraq ordusunda kürdlərin iştirak nisbətinin artırılması.

Qeyd olunur ki, Müzakirə Heyəti BMT, ABŞ və başqa ölkələrin zəmanəti altında İraq hökuməti ilə anlaşmanın imzalanmasından sonra referendumun təxirə salına biləcəyini bəyan edib. Kürdlər həmçinin, Bağdad hökumətinin İraqdakı seçkilərdən sonra referendumun keçirilməsi şərtini də qəbul etməsini istəyirlər.

İraqın mərkəzi hakimiyyətinin kürd muxtariyyatının irəli sürdüyü şərtlərə mümkün münasibətini Yenicag.az-a dəyərləndirən politoloq Vüqar Zifəroğlunun fikrincə, Bağdadın bu məsələdə geri çəkilmək ehtimalı çox yüksəkdir:

“Əslində, Bərzaninin bu gedişini mövcud vəziyyətdə öz maraqlarına hesablanan “bazarlıq” kimi də qiymətləndirmək olar.

vugarMən kürdlərin referendum təşəbbüsü ortaya çıxanda da bildirmişdim ki, bu aksiyanın baş tutma ehtimalı aşağıdır. Belə düşünmək üçün kifayət qədər əsaslı səbəblər var.

Onların sırasında ilk olaraq, Türkiyənin bu referenduma qarşı olmasıdır. Bərzaninin mətbuatda nə deməyindən asılı olmayaraq, onun Ankaranın mövqeyinə zidd hərəkət etməsi imkan xaricindədir. Çünki İraqdakı kürd muxtariyyatının mövcudluğu Türkiyədən birbaşa asılıdır.

Bəli, ABŞ hazırda regiondakı kürdlərə hərtərəfli yardım göstərir. Ancaq bu yardımlar bölgənin əsas dövləti olan Türkiyənin dəstəyini əvəz etmir. Eyni zamanda, Ankara ilə İraqdakı kürd muxtariyyatı rəhbərliyini eyni mövqedə dayanmağa sövq edən amillər mövcuddur. O baxımdan, Bərzaninin müstəqillik referendumu ideyasının reallaşacağı əvvəldən də sual altında idi. İndi ötən əsrin 60-cı illəri deyil və bölgədəki aparıcı ölkələrin razılığı olmadan sərhədlərin dəyişdirilməsi mümkünsüzdür.

Fikrimcə, İraq hökuməti kürdlərin irəli sürdüyü şərtləri qəbul edəcək. Bunun özü kürdlər üçün bir tapıntıdır. Yəni onlar referendumu təxirə salmaq qərarını “geri çəkilmək” deyil, “şərtlərinin qəbul edilməsi” kimi təqdim edə biləcəklər. Eyni zamanda, öz paylarını İraqın büdcəsindən alaraq, ölkənin idarə olunmasında rollarını artıracaqlar”.

A.Zeynalov
Yenicag.Az

 

www.yenicag.az

436
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM