!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürd məsələsi və ya sağalmayan xroniki sindrom – VİDEO  

!Reklam – Yazi

İraq diktatoru Səddam Hüseynin 1990-cı ildə Küveytə hərbi müdaxiləsi Yaxın Şərqdə sonu görünməyən qanlı müharibələrə yol açdı.

İraqın 1990-cı ildə Küveyti işğalından sonra NATO koalisiyası müttəfiq ərəb dövlətləri müdafiə adı altında regionda çoxsaylı hərbi kontingentini yerləşdirdi və Yaxın Şərqi öz nəzarətinə götürdü.

Bundan sonra Qərb qısa müddət ərzində Küveyti İraq işğalından azad etdi və NATO aviasiyası Bağdadı kütləvi bombardmanlara məruz qoydu. ABŞ xüsusi xidməti isə İraqı daxildən sarsıtmaq üçün şiələrlə kürdləri təşkilatlandıraraq, Səddam rejiminə qarşı üsyana yol açdılar. Səddam rejimi cənubda baş qaldıran şiə üsyanlarını yatırtsa da, Qərb İraqın şimalındakı kürdləri hərəkətə keçirərək, yeni provokasiyalara başladı.

O dövrdə şiələrin əsas şəhərləri olan Kərbəla və Nəcəf üzərində nəzarəti bərpa edən İraq ordusu kürd üsyanını yatırtmaq üçün şimala doğru yönəldi. Qeyd edək ki, həmin illərdə şimalı İraqın əsas şəhəri olan Ərbil Cəlal Tələbani qruplaşmasının nəzarətində idi.
Xatırladaq ki, o zaman hazırda kürd muxtariyyətinə nəzarət edən Məsud Bərzani klanı ilə Tələbani qruplaşması arasında kəskin düşmənçilik gedirdi. Hətta İraq ordusunun Ərbilə hücumu zamanı Bərzaninin döyüşçüləri kənarda dayanaraq, Səddamın əsgərlərinin başqa tayfalardan olan kürdləri necə məhv etdiklərinə baxırdılar.

Məhz o günlərdə, Ərbildə döyüşlərin davam etdiyi zaman Məsud Bərzani Bağdada yollanaraq, Səddamın sarayında onunla görüşdü. Hətta heç nə olmayıbmış kimi qucaqlaşıb-öpüşdülər də…

Qeyd edək ki, Bərzaninin Səddamla bu görüşü İraq ordusunun ölkənin şimalında yerləşən Hələbcə şəhərini kimyəvi silahla məhv etməsindən cəmi iki il sonra baş tutmuşdu. Hələbcəyə hücum isə Səddam ordusunun 1987-89-cu illərdə iraqın şimalında keçirtdiyi “Əl-Ənfal” əməliyyatı çərçivəsində təşkil olunmuşdu. Həmin əməliyyatın adının ərəb dilindən tərcüməsi isə “Qənimətlər” deməkdir.
Bu günlərdə dünya şimali İraqda 30 il əvvəl baş vermiş proseslərin başqa formada təkrarına şahid oldu: Məsud Bərzani kürd muxtariyyətini İraqdan qopartmaq və bölgənin müstəqilliyini elan etmək fikrinə düşdü.

Ancaq bu dəfə ağır xəstəlikdən vəfat etmiş Tələbaniyə sadiq qalan qüvvələr Kərkükü İraq ordusuna təslim edərək, ərəblərlə iranlıların Peşmərgə qüvvələrini əzərək, necə irəlilədiklərini seyr etməyə üstünlük verdilər. Bu proses isə Bərzaninin neft yataqları üzərində nəzarəti itirməsi ilə nəticələndi.

Artıq Bağdad Bərzani klanından kürd muxtariyyətinə böyük gəlirlər gətirən Türkiyə ilə İraq sərhədindəki nəzarət-buraxılış məntəqələrini, gömrük terminallarını təhvil verməyi tələb edir.

Tarix bütün hallarda təkrarlanır və hamımıza göstərir ki, “kürd məsələsi” kimi xroniki formaya keçən problemlər artıq həll olunmayacaq qədər genetik xarakter alıb.

Bu sindromun daşıyıcıları özlərini çox rahat hiss edirlərsə, onu həll etmək də mümkünsüzləşir.

Qafqaz Ömərov

www.yenicag.az

2943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv