İraqın yeni prezidenti seçilib.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, ilk mərhələdə prezidentliyə namizədlərin heç biri lazımi səsi toplaya bilməyib.
Parlament ikinci mərhələdə İraq Kürd Muxtariyyətinin eks-rəhbəri Bəhram Salehi ölkə başçısı seçib.
Parlamentdə keçirilən səsvermənin nəticələrinə görə, 165 deputat onun lehinə səs verib.
Andiçmə mərasimində yeni prezident ölkənin ərazi bütövlüyünü qoruyacağını, bütün İraqın prezidenti olacağını qeyd edib.
İclasda 329 deputatdan 301 nəfəri iştirak edib.