!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kürd referendumu” bitdi... bəs sonra? - “Türkiyə ciddi qərarlar ərəfəsindədir” – Politoloq

!Reklam – Yazi

“Referendumdan sonra hadisələrin mümkün inkişafı qarşıdakı günlərdə məlum olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İraqın şimalındakı kürd muxtariyyatında ötən gün keçirilmiş “müstəqillik referendumu”ndan sonra yarana biləcək vəziyyəti dəyərləndirən Ankara Siyasət Mərkəzinin (APM) mütəxəssisi, politoloq Orxan Qafarlı deyib:

Orxan Qafarlı

“İndiki məqamda Türkiyə, İran və İraq hökumətləri arasında danışıqlar aparılır. Referendum nəticələrinin de-fakto qalması və Bərzani hökumətinin başlatdığı müstəqillik prosesinin qarşısını almaq üçün addımlar atılır.

Konkret olaraq, Türkiyənin hazırda qəbul edəcəyi ciddi qərarlar üzərində davamlı müzakirələr gedir.

Təbii ki, paralel olaraq, ABŞ və Rusiya ilə də müəyyən danışıqlar aparılır. O baxımdan, proseslərin mümkün inkişafına dair daha qəti fikir bildirmək üçün heç olmasa, iki gün də gözləməyə ehtiyac var.

Türkiyə, İran və İraqın kürd muxtariyyatında keçirilmiş referendumla bağlı birgə hərəkət planı hazırladığını nəzərə alsaq, bu ölkələrin həmin plan üzrə hərəkət edəcəkləri gözlənilir.

Ancaq yenə deyirəm, bəzi məsələlərə qarşıdakı günlərdə böyük mənada aydınlıq gələcək”.

A. Zeynalov

www.yenicag.az

1530
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv