Kürdə 3 nəfər batdı – Birinin meyiti tapıldı

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, həmin ərazidə batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Kürün Zərdab rayonundan keçən hissəsində 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.