Kürdə batan uşağın meyiti tapılıb

imagesKür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb.

Sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batan 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin axtarışları başa çatıb. T.Əhmədlinin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 10 km aralıda, Hacıqabul rayonu Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.