Kürdəmir sakini əmisi oğlu tərəfindən bıçaqlanıb.
Yeniçağ.Az-ın xəbərinə görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Rahib Səməndər oğlu Ağayev bıçaq xəsarəti diaqnozu ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kürdəmir Rayon Polis əməkdaşlarının əməliyyat – axtarış tədbirləri nəticəsində hadisəni törədən, zərərçəkənin əmisi oğlu Ümid Ağayev tutularaq istintaqa təhvil verilib. İlkin ehtimala görə, hadisə münaqişə zəminində baş verib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Yeniçağ.Az