Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun Karrar kəndində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Əlməhəmməd Əziz oğlu Əzizov həyətyanı sahədə laqonda aparatı ilə işləyərkən ehtiyatsızlıqdan bud nahiyəsini kəsib.
Ə. Əzizov təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.