!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürdəmir sakinində külli miqdarda narkotik aşkarlandı - FOTO

!Reklam – Yazi

Kürdəmir rayon sakinindən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar olunub.

Yenicag.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş əməliyyat məlumatı əsasında, şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1989-cu il təvəllüdlü İbişov Nicat İsmayıl oğlunun yaşadığı evə baxış keçrilib.

Evə baxış zamanı N.İbişovun yaşadığı evin yataq otağından sellofan torbada, 1 bükümdə həşiş qətranı, 4 bükümdə heroin, 30 bükümdə marixuana və xeyli sayda psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

N.İbişov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanaraq araşdırma aparılır.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv