Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Çöl Qubalı kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov su kanalında elektrik enerjisi ilə balıq tutmaq istəyərkən cərəyan vurması nəticəsində ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.