Kürdəmirdə ağır qəza: “Ford” aşdı – Ölən var

Kürdəmir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, iyulun 7-də saat 23 radələrində Kürdəmir şəhərinin ərazisində Köhünlü kənd sakini Elnur Alıyev idarə etdiyi “Ford Transit” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.