Kürdəmirdə ağır yol qəzası: 2 ölü, 3 yaralı – Yenicag.Az

Reklam

Reklam

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetməni itirərək aşıb və daha sonra yanıb. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. İmişli rayon sakinləri – 1997-ci il təvəllüdlü Abbasov Mirdamət Cami oğlu və 1935-ci il təvəllüdlü Rəhimova Naibə Kərim qızı hadisə yerində ölüb.

Bundan başqa, İmişli rayon sakinləri – 1965-ci il təvəllüdlü Abbasov Cami Cavad oğlu, 1971-ci il təvəllüdlü Abbasova Ülkər Akif qızı və 1976-cı il təvəllüdlü Abbasova Ləman Şamil qızı yaralanıblar. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 605
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."