Kürdəmirdə avtomobil aşdı – FOTO

Kürdəmir rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

KİA markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./Report/