Kürdəmirdə avtomobil aşdı

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar sakini, 1992-ci il təvəllüdlü Həsənov Rasim Bəhrəm oğlu Kürdəmir istiqamətində “Chevrolet” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.