Kürdəmirdə bədbəxt hadisə – Fəhlə binadan yıxılaraq öldü

Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Kürdəmirdə məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.

Belə ki, Kürdəmir rayonunun Atakişilli kənd sakini, 24 yaşlı Həmidov Səməd Əhəd oğlu işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/