Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Ağsu rayon sakini Muradov Həkim Yolçu oğlu naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Piyada ölüb. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Report/