Kürdəmirdə ev yandı: ev sahibi yanaraq öldü

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

 

COP29