Kürdəmirdə evdə PARTLAYIŞ – Ər-arvad xəsarət aldı

Kürdəmir rayonunda evdə qaz balonu partlayıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Partlayış zamanı ev sakinləri – ər və arvad ağır yanıq xəsarətləri alıblar.

Onlar xəstəxanaya çatdırılıb.