Kürdəmirdə maşın aşdı – 2 nəfər öldü

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində “Toyota” markalı avtomobil aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 1-də saat 19 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Bakı şəhər sakini S.Hüseynov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən ikisi ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.