Kürdəmirdə maşın kanala aşdı – Ölən var

Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, noyabrın 26-da saat 14 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Əli Abbasov atasına məxsus “KİA” markalı avtomobili idarə edərkən onu kanala aşırıb və hadisə yerində ölüb.