!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən 3 rayonda narkotik əməliyyatı

!Reklam – Yazi

Daxili İşlər orqanlarının əməkdaşları narkotiklərlə bağlı əməliyyat tədbirləri görüblər.

Yenicag.az xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şirinbəy kənd sakini Elvin Cəfərov saxlanılıb.

Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 410 ədəd çətənə kolu və 2 kiloqram 700 qram marixuana aşkar edilib.

Daha bir əməliyyat Kürdəmir rayonunda keçirilib.

Polis əməkdaşları tərəfindən Köhünlü kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 tona yaxın olan 254 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Oxşar əməliyyat Şəkidə də keçirilib. Daxil olmuş məlumat əsasında Şəki şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb.

Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, evindən isə 7 kiloqrama yaxın marixuana aşkar edilib.

Hər üç faktla bağlı cinayət işi başlanıb.

www.yenicag.az

2215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv