Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Babək prospektində qeydə alınıb. Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi “VAZ-2109” markalı minik maşını ilə yolu keçən piyadalar – Kürdəmir rayon sakinləri-1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Əli Ramil oğlu Sadıqovu vurub. Nəticədə Əli Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb, Aidə Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.