Kürdəmirdə qəza – Piyada öldü

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qəza baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 12-də saat 18 radələrində Kürdəmir şəhəri ərazisində Qaraqocalı kənd sakini A.Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.