Kürdəmir rayonunun Təklə kəndində biçilmiş taxıl sahəsi yanıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə yerinə Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Yanğın zamanı vətəndaşlara məxsus 5 hektar ərazi yanaraq külə dönüb. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.