Kürdəmirdə üç avtomobil yolun kənarına aşıb: yaralananlar var

qezaKürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonun Qarabucaq kəndindən keçən hissəsində Şirvan rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Nazim oğlu Abdullayevin idarə etdiyi “Mitsubishi” markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.

Şəki rayon sakini, 1963-ci il təvəllüdlü Təmraz Taleh oğlu Sadıqovun idarə etdiyi “VAZ-21014” markalı avtomobili yolda saxlaraq, E. Abdullayevə yardım etmək istəyib. Bu zaman Ağstafa rayon sakini, 1972-ci il təvəllüdlü Kamil Firudin oğlu Nağıyevin idarə etdiyi “VAZ-2106” markalı minik maşını “VAZ-20014” çırpılıb. Zərbənin gücündən hər iki maşın yoldan çıxaraq aşıb. Nəticədə “VAZ-2106”-nın sürücüsü və sərnişini Məhluqə Nağıyeva aldıqları xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisini İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Yeniçağ.Az