Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, hadisə zamanı 2 VAZ 2107 markalı avtomobilin sürücüləri rayonun Ərşəli kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov Mübariz Özbək oğlu və rayonun Xınıslı kənd sakini 61 yaşlı Məmmədov Nizami Dədəxan oğlu idarəetməni itiriblər və nəqliyyat vasitələri toqquşub.

Nəticədə sürücü 1962-ci il təvəllüdlü Məmmədov Mübariz Özbək oğlu və sərnişin 1992-ci il təvəllüdlü Əliyeva Aygün Yusif qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır./Report/