Kürdəmirə dolu düşdü – Meyvə ağaclarına ziyan vurdu – VİDEO

Kürdəmir rayonuna güclü yağış yağıb.

Yenicag.az-ın Mərkəzi Aran bürosunun məlumatına görə, günorta saatlarında rayonun, əsasən, Axtaçı, Qarabucaq, Qocalı, Carlı, Xəlsə, Mehdili və Dayıkazımlı kəndlərinə leysan yağıb, dolu düşüb.

Təbii hadisə nəticəsində fərdi təsərrüfatlara, o cümlədən meyvə ağaclarına ziyan dəyib./Report/