“Kürdüstanın qurulması xeyrimizədir” – İsrailli nazir

“Kürdüstan dövlətinin qurulması İsrailin və Qərb ölkələrinin maraqlarına uyğundur”.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin ədliyyə naziri Ayelet Şaked söyləyib. Nazir ABŞ-ı referendum məsələsində kürdləri dəstəkləməyə çağırıb. O bildirib ki, Yaxın Şərqdə kürd dövlətinin qurulması İsrailin xeyrinədir.

Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da Bərzaninin referendum təklifini dəstəklədiklərini bildirmişdi.

COP29