!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həyat yoldaşı və qayınanasını qətlə yetirən həbs edildi - YENİLƏNDİ

!Reklam – Yazi

Bakıda arvadını və qayınanasını öldürən həbs edilib.

Yenicag.az xəbər verir ki, ötən gecə həyat yoldaşını və qayınanasını öldürən, 1987-ci il təvəllüdlü Ramin İsmayılov polisə təslim olub.

Ramin İsmayılovun barəsində Cinayət Məcəlləsinin Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

***

08:28

Paytaxtda dəhşətli hadisə baş verib.

Yenicag.az xəbər verir ki, kürəkən həyat yoldaşı ilə qayınanasını qətlə yetirib. Hadisə Xətai rayonu Nazimov küçəsində baş verib. 64 yaşlı Mahirə İsgəndərova və qızı 31 yaşlı Günay İsgəndərova yaşadıqları evdə qətlə yetiriliblər. Hadisə barədə polisə məlumatı Mahirə İsgəndərovanın oğlu verib. O, qətlin Günay İsgəndərovanın əri tərəfindən törədildiyini bildirib.

Faktla əlaqədar cinayət işi açılıb.

www.yenicag.az

3361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv