!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürəkən qayınanasını niyə öldürdü?  - Saatlıdakı cinayətin təfərrüatı

!Reklam – Yazi

Saatlı rayonunda 28 yaşlı Xəyal Həşimovun qaynanasını qətlə yetirməsinin və həyat yoldaşını ağır yaralamasının bəzi təfərrüatları məlum olub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Bakı şəhərində yaşayan ailə boşanma üçün məhkəməyə müraciət edib. Bu səbəbdən aralarında yarana biləcək qarşıdurmadan ehtiyat edən X.Həşimovun həyat yoldaşı, 25 yaşlı Gülbikə Nurəddin qızı Həşimova Saatlı rayonundakı ata evinə sığınıb. Lakin həyat yoldaşından boşanmaq istəməyən X.Həşimov ötən gün axşam saatlarında sərxoş vəziyyətdə həmin evə gedərək həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. G.Həşimovanın anası Hökumə Alışova qızını xilas etmək istəyərkən X.Həşimov ona da 7 bıçaq zərbəsi endirib. Nəticədə H.Alışova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

G.Həşimova Saatlı Rayon Mərkəzi Xəstəxanasına, daha sonra əməliyyat olunmaq üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Cinayəti törədən X.Həşimov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

2959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv