Ads by Google

hightechnic
Ads by Google

 

meyit meseAvqustun 22-də İsmayıllı rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Hadisəni törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Tural Rüstəmovun ailəsi qətlin baş vermə səbəbini açıqlayıb.

“Tural Rüstəmovun ailəsində bir müddət idi ki, problem yaşanırdı. Ailə boşanma həddində idi. Qayıtanası Roman Kərimov Turalı boşanmaq istədiyi üçün dəfələrlə ölümlə hədələyib. Bundan öncə də Roman Kərimov yaşadığımız evə hücum çəkərək bizi təhdid edib. Ötən gün Roman Kərimov kürəkəni Turala zəng edərək onunla görüşmək, söhbət etmək istədiyini deyib. Turalı işləyini mağazadan götürərək şəxsi avtomobilinə mindirən Roman Kərimov onu ucqar meşəlik əraziyə aparıb”-deyə Tural Rüstəmovun ailəsindən bildirilib.

Onların sözlərinə görə, Tural Rüstəmov qayınatasına özünü müdafiə məqsədi ilə üzərində olan zərgərlik əlati ilə xəsarət yetirib:

“Roman Kərimov Turalı öldürmək üçün onu əvvəlcədən planlaşdığı əraziyə aparıb. O, maşından düşdükdən sonra özü ilə gətirdiyi bıçaqla Turala boğaz nahiyyəsindən zərbə endirmək istəyib. Tural Rüstəmov ifadəsində dediyi kimi, zərbədən yayına bilib. O, müvazinətini itirərək yerə yıxılıb. Bundan sonra Roman Kərimov kürəkəninə nalayiq söyüşlər söyərək onun üstünə yenidən bıçaqla hücum çəkib. Bundan sonra Tural özünü müdafiə etmək məqsədi ilə üstündəki alətlə Roman Kərimova xəsarət yetirib. O, dərhal hadisə yerində Roman Kərimova ilkin yarım göstərib. Hadisənin şokunda olan Tural Rüstəmov birbaşa polis idarəsinə gedərək könüllü təslim olub və Roman Kərimovu öldürmək niyyətində olmadığını etiraf edib”.

Tural Rüstəmovun ailəsi mərhum Roman Kərimovun qohumları tərəfindən ölümlə hədələndiklərini bildiriblər.

“Biz Azərbaycan dövlətinə və qanunvericiliyinə güvənirik. Oğlumuz istəmədən törətdiyi cinayətə görə qanun qarşısında cavab verəcək. Təəssüflər olsun ki, mərhumun qohumları tərəfindən müxtəlif nömrələrdən bizə ölüm hədələri edilir, ünvanımıza nalayiq ifadələr işlədilir. Onlar oğlanlarımızı öldürərək qisas alacaqlarını deyirlər. Hüquq-mühafizə orqanlarına, daxili işlər naziri cənab Ramil Usubova müraciət edərək, həyatımızın təhlükədə olduğunu bildiririk. Xahiş edirik dövlətimiz bizə kömək etsin”.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Rüstəmov Tural İman oğlu İsmayıllı rayonunda zərgər kimi fəaliyyət göstərib. Qonşuların, yaxınlarının bildirdiyinə görə Tural Rüstəmov təbiətcə sakin insan olub, indiyədək hər hansı cinayət əməlində adı hallanmayıb. O, məhrum Roman Kərimovun qızı ilə 4 ildir evlidir. İki azyaşlı oğlu var.(femida)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."