Kürəkənlə qayınana arasında gizli sevgi üzə çıxdı və… – FOTOLAR

Türkiyədə qayınana ilə kürəkən arasında yaşanan sevgi sonda cinayətlə nəticələnib.

Yenicag.az xəbər verir ki, hadisə ölkənin paytaxtı Ankarada qeydə alınıb.

41 yaşlı Yetər B. adlı qadının oğlu Serdar B. (23 yaş) martın 14-də kürəkən Sərdar İ. (27 yaş) ilə anasının münasibətlərindən şübhələndiyinə görə onların “Facebook”dakı mesajlarını incələməyə başlayıb. Məhz bu zaman o, bu iki şəxs arasında münasibətlərin olduğunu anlayıb və anası ilə kürəkənini təhdid edib.

Gizli sevginin üzə çıxmasından sonra yaşanan dava-dalaş sonda kürəkənin gəlinin dayısını öldürməsi ilə nəticələnib. Belə ki, Sərdar B. dayısı Yusuf T. ilə birlikdə kürəkənin yaşadığı evə yollanıb. O, burada Sərdar İ. və onun atası Kasım İ-yə bıçaqla hücum edib. Dava zamanı Sərdar İ. yanında gəzdirdiyi silahdan atəş açıb. Atəş nəticəsində Yusuf T. dünyasını dəyişib.

Araşdırmalar nəticəsində o da məlum olub ki, qayınana ilə kürəkən arasındakı münasibətlər hələ ötən ilin ortalarından yaranıb.

COP29