Kuril adaları sahillərində zəlzələ

Kuril adaları sahillərində 4,2 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanların episentri Kunaşir adasından 103 kilometr cənub-şərqdə, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.

Cənub-Kuril və Kunaşir adasının sakinləri zəlzələni 2 bal gücündə hiss edib.

Bundan əvvəl Baykal gölü akvatoriyasında 8 saat fərqi ilə 3,8 və 3,4 bal gücündə zəlzələ baş verib.

COP29