Kuril adaları yaxınlığında dəhşətli ZƏLZƏLƏ

Sakit okeanında Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Simuşir adasından 86 kilometr cənub-şərqdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan yoxdur.