!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kurortda terror: 4 ölü, 24 yaralı – VİDEO

!Reklam – Yazi

erytyuyuytu_438757657Tailandın paytaxtı Banqkokdan 220 km aralıdakı Huahin kurortunda dünən iki terror partlayışı törədilib. İlkin məlumatlara görə, partlayışlar nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Partladıcı qurğular gül dibçəklərində olub. Onlar mobil telefon vasitəsilə 30 dəqiqəlik intervalla işə salınıb.

Yaxınlıqdakı otelin əməkdaşı, papayya salatları satan qadın partlayışda həlak olub. Yaralılar arasında əcnəbi turistlər çoxdur.

Yerli media bildirir ki, ilk partlayış turist rayonundakı barın yanında, digər partlayış isə həmin bardan 100 metr aralıdakı barın qarşısında olub.

Daha sonra isə dünyaca məşhur Samui adasının yerləşdiyi Surat Thani vilayətinin paytaxtı Surat Thani şəhərində və Phuket adasında da partlayışlar olub.

Surat Thanidəki partlayışda 5 nəfər, Phuketin Patonq bölgəsindəki partlayışda isə bir nəfər yaralanıb.
Phuketdəki məşhur Loma çimərliyində quraşdırılmış partladıcı qurğunu polis zərərsizləşdirib.

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Telegram messencerindəki kanallarından birində Tailanddakı partlayışların fotoları yayılıb və “mücahidlərin uğurlu qisası” təbrik olunub.

Son məlumatda ölənlərin sayının 4 nəfərə çatdığı deyilir.

 

https://youtu.be/r7KFQBXUYWg

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv