Kurçatovda, Kursk AES-dən təxminən 4,8 km aralıda güclü yanğın baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi müxbiri Yuri Kotenok məlumat yayıb.
“Bundan əvvəl hava hücumundan müdafiə sistemi hava hədəfinə qarşı işləyirdi. Bir sıra mənbələr Fransa istehsalı olan hava bombasının məhv edildiyini bildirir. Digər mənbələrə görə, 4-ə qədər raket ələ keçirilib”, – Kotenok Teleqram kanalında yazıb.
Regionun qubernatoru Aleksey Smirnov isə bildirib ki, radioelektron mübarizə sistemləri Kursk vilayətinin Kurçatov şəhəri üzərində, atom elektrik stansiyası yaxınlığında Ukrayna PUA-sını məhv edib.
Onun sözlərinə görə, partlayış stansiyayaya aid olmayan, yardımçı tikilidə baş verib.