Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.
Rejim düşmən qüvvələrinin region ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün tətbiq edilib.
Smirnovun sözlərinə görə, sərhədyanı ərazilərdə çətin əməliyyat vəziyyəti qalmaqdadır.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu dünən, avqustun 6-dan başlayıb./Apa/