www.sinerjipro.net

SinerjiProWide
Reklam

95814_khe0nys39pXəbər verdiyimiz kimi, “Söylemezsem olmaz” proqramında serialın 2013-cü ildə yayımlanan 159-cu seriyasının bir səhnəsində qəbir daşının üzərinə “Erdoğan” yazılması müzakirə edilmiş, əslində orada belə bir məzarın olmadığı deyilmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinə qarşı təhqir kimi qiymətləndirən müğənni Nihat Doğan efirdən Necati Şaşmaza səslənmiş və izah tələb etmişdi.

İddialara cavab gecikməyib. Serialı çəkən “Pana Film” şirkəti həmin səhnə üçün məzarlığın xüsusilə seçilmədiyini və iftiraya məruz qaldıqlarını açıqlayıb:

“Verilişdə saxta faktlar təqdim etməklə şirkətimiz hədəfə alınıb. Onlar haqqında ölümlə təhdid, təhqir, iftira və əmək fəaliyyətinə mane olma maddələri ilə bütün hüquqi addımlar atılacaq”.

Şirkətdən bildirilib ki, həmin seriya İstanbuldakı Çəkməköy məzarlığında çəkilib və “Söylemezsem Olmaz” verilişində deyilən Ümraniyə Kocatəpə Məzarlığı ilə əlaqəsi yoxdur:

“Aparıcılar iftira atmaq üçün özlərindən saxta fakt hazırlayıblar və ictimaiyyətdə yanlış fikir formalaşdırıblar. Bizi haqsız göstərmək üçün mətbuatın gücündən mənfi istiqamətdə istifadə ediblər”.

“Pana Film”dən serialın bundan sonra yayımlanmayacağı iddialarına isə münasibət verilməyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.