“Kurtlar Vadisi Pusu” artıq bu kanalda yayımlanacaq

86405_0vyj49ec9s“Kurtlar Vadisi Pusu” yeni mövsümdə Kanal D-də yayımlanmayacaq.

“Pana Film” bu haqda rəsmi Tvitter səhifəsində açıqlama verib. Şirkət ekran işinin hansı telekanalda yayımlanacağını yazmasa da, artıq “Show TV-nin layihə ilə razılaşdığı deyilir.

Telekanal reytinqlərdə olan geriləməni “Kurtlar Vadisi”nin transferi ilə aradan qaldırmaq niyyətindədir.