“Kurtlar Vadisi Xaos” ekrana qayıdır

Türkiyənin televiziya tarixində ən uzunömürlü serial olan “Kurtlar Vadisi” ekranlara geri dönür.

Yenicag.az xəbər verir ki, bu barədə serialın baş qəhrəmanı Necati Şaşmaz məlumat verib.

Şaşmaz açıqlamasında, “2003-cü ildə yayımlanmağa başlayan “Kurtlar Vadisi” 2018-ci ildə “Kurtlar Vadisi Xaos” olaraq ekranlara geri dönəcək. Fevral ayında izləyicilərin ixtiyarına veriləcək serialın hansı kanalda yayımlanacağını yaxın zamanda açıqlayacağıq. “Kurtlar Vadisi Xaos”da ABŞ, Makedoniya, Əfqanıstan və Myanmada baş verən hadisələr yer alacaq”.

Serialın 15-ci ildönümü ilə bağlı maraqlı hekayələrlə ekranlara qayıdacağını deyən Şaşmaz “Daha bir maraqlı layihəmiz var. Onunla bağlı da açıqlamalarımız olacaq”, deyib.

Kurtlar Vadisinin indiyə qədər 60-a yaxın ölkədə izləndiyini vurğulayan aktyor, Yaxın Şərqdə baş verən hadisələrə də toxunub.

“Rəcəb Tayyib Ərdoğanın Qüdslə bağlı çıxışı doğru hərəkət idi. Könlümüzdəkiləri ifadə etdiyi üçün ona təşəkkür edirik! Bununla dünya Qüdsün tənha olmadığını anladı”.