“Kurtlar vadisi”ndə ŞOK EPİZOD – ABŞ və “Taliban”ın Əfqanıstan üzərindəki HÖKMRANLIĞI – VİDEO

İllər öncə Türkiyənin məşhur serialı “Kurtlar Vadisi”ndə Amerika Birləşmiş Ştatları, Əfqanıstan və “Taliban” barəsində danışılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Necati Şaşmaz, Özgü Namal, Selçuk Yöntem və Oktay Kaynarcanın rol aldığı məşhur serialda Əfqanıstan- “Taliban” epizodu diqqət çəkib.

Belə ki, “Kurtlar Vadisi”ndə bir səhnədə Əfqanıstanda “Taliban” dövründə narkotik istehsalının 95 faiz azaldığı, ABŞ-nin işğalı ilə istehsalın 1400 faiz artdığı vurğulanıb.

Həmçinin narkotik dövriyyəsində digər ölkələrin əlaqələrindən və bunun qarşısının alınmasında Türkiyə polisinin rolundan da danışılıb.

Həmin görüntüləri təqdim edirik: