Türkiyədə 15 iyul çevrilişə cəhddən sonra istintaqa cəlb edilən “Pana Film” rəhbərliyi artıq yeni film üzərində işləyirlər. Yeniçağ.az xəbər verir ki, Necati Şaşmaz rəhbərliyində “Pana Film” Antalya şəhərində film çəkimlərinə başlayıb.
“Kurtlar Vadisi Vətən” adlanacaq filmdə “Polad Alemdar”, “Cahit” və “Erhan” ilə birlikdə sürpriz isimlər yer alacaq. Filmin mövzusu isə Türkiyənin son bir ildə yaşadıqlarıdır.
15 iyula qədər filmi kinoteatrlarda yayımlamağı düşünən “Pana Film” yay aylarından etibarən serialın yeni sezon bölümlərini də çəkməyə hazırlaşır. Serialın hansı kanalda yayımlanacağı bildirilməsə də, sentyabrın sonlarından etibarən ekranlarda olacağı bildirildi.
Yeniçağ.az