“Kurtlar vadisi”nin Tataroğlusu vəfat etdi

Türkiyənin tanınmış aktyoru Can Gürzap vəfat edib.

Yenicag.az xəbər verir ki, sənətçi 79 yaşında dünyaya gözlərini yumub.

Onun ölümünə 2018-ci ildə keçirdiyi ağır yol qəzası nəticəsində yaranan fəsadların səbəb olduğu bildirilir.

Qeyd edək ki, mərhum sənətçi Azərbaycan tamaşaçısına, ilk növbədə, “Kurtlar vadisi” serialında canlandırdığı Davud Tataroğlu obrazı ilə tanınıb.