İspaniyanın “Real” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Yenicag.az xəbər verir ki, söhbət Belçika millisinin üzvü Tibo Kurtuadan gedir.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ulduz futbolçu ilə 6 illik sözləşmənin imzalanması nəzərdə tutulub. Keçid üçün madridlilər “Çelsi”yə 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, 26 yaşlı qolkiper “Çelsi”dən öncə “Genk”, “Atletiko” kimi klublarda çıxış edib.