Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Kurtulmuş: Türkiyə Qətərdə hərbi iştirakını saxlayacaq

Türkiyə Qətərdə hərbi iştirakını saxlayacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“Türkiyənin Qətərdə hərbi bazası tək bu ölkənin deyil, regionun təhlükəsizliyi məsələsidir. Türkiyə Qətərdə hərbi iştirakını saxlayacaq. Türkiyənin Qətərdə iştirakını siyasi böhranla əlaqələndirmək yanlış yanaşmadır”, – deyə N.Kurtulmuş bildirib.

Kurtulmuş daha sonra əlavə edib ki, Qətər böhranı dərin köklərə malik bir problem deyil, süni yaradılıb, 13 ərəb ölkəsinin Qətərə qarşı tələbləri isə “müstəqil ölkə üçün qəbuledilməzdir”.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu rədd edib.

Yenicag.az

www.yenicag.az

367
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM