!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

KURYOZ OLAY: Maska taxmadan asqırdığına görə bıçaqlandı - FOTO

!Reklam – Yazi

Yeni növ koronavirusun həyatımıza gətirdiyi “yenilik”lər cinayət səbəblərini də xeyli dəyişdirib.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Tekirdağ şəhərində maska taxmadan asqıran şəxs bıçaqlanıb.

Qeyd edilir ki, Mehmet D. adlı şəxs Atatürk prospektindəki səyyar satıcılardan birinin qarşısından keçərkən asqırıb. Mehmet D.-yə, “Niyə maska taxmadan asqırırsan?” – deyə reaksiya verən satıcı yaşanan gərginlikdən sonra birincini ayağından bıçaqlayıb.

Hadisə yerindən qaçan səyyar satıcı daha sonra polis əməkdaşları tərəfindən yaxlanılıb.

Xəstəxanaya aparılan Mehmet D.-nin həyati təhlükəsinin olmadığı bildirilir.

www.yenicag.az

345
Ads
www.veteninfo.com
!Reklam – Arxiv