Kuryoz OLAY: Qonşusuna satdığı avtomobili oğurladı

Adı açıqlanmayan şəxs qonşusuna satdığı avtomobili oğurlayıb.

Yenicag.az xəbər verir ki, hadisə Türkiyənin Sakarya şəhərində qeydə alınıb.

Yanvar ayında qonşusuna satdığı maşını 4 ay sonra oğurlayan şəxs polis tərəfindən yeni saxlanılıb.

Oğurluğu tək törətmədiyi bəlli olan şəxslə birlikdə, ona kömək edən qardaşı və başqa bir qadın da saxlanılıb.

Oğrunun avtomobili satmadan öncə maşının açarının təqlidini çıxartdığı aydınlaşdırılıb. Oğurluğu törədən şəxs həbs edilib, digər iki nəfər isə sərbəst buraxılıb.